Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2016

Ağstafada “Tolerantlıq-radikalizmə alternativ kimi” layihəsi çərçivəsində tədbir keçirilib

Oktyabrın 27-də Ağstafa rayonu Dağ Kəsəmən kənd tam orta məktəbində  Dağ Kəsəmən kənd “Eyyub ağa məscidi” dini icmasının  “Tolerantlıq-radikalizmə alternativ kimi” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə müəllimlər, şagirdlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev ölkəmizdə mövcud olan tolerantlıq mühiti barədə geniş məlumat verib. O, respublikamızda radikalizmlə mübarizə çərçivəsində görülən işlərdən də danışıb.
Tədbirdə, həmçinin dini icma sədri Hüseyn Hüseynov  və başqaları çıxış edərək dövlətin dinə və dindarlara qayğısından bəhs ediblər. Natiqlər göstərilən bu diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.