Ağstafada “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Sentyabrın 5-də Ağstafa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı: multikultural cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Ağstafa rayonu Qıraq Kəsəmən kənd Xanməmməd Mirzəyev adına tam orta məktəbində keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Qərib Abbasov, təhsil işçiləri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Qərib Abbasov qeyd edib ki, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Q.Abbasov bildirib ki, Azərbaycan özünün tolerantlıq və multikulturalizm modeli ilə nümunəyə çevrilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

