Ağstafada “N” saylı hərbi hissədə tədbir keçirilib
İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə iş planına uyğun olaraq, Ağstafa rayonunda yerləşən DSX-nın “N” saylı hərbi hissəsində “Azərbaycanın multikultral mühiti və ona qarşı təhdidlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə hərbi hissənin zabiti, polkovnik-leytnant Bəhruz Qasımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, eləcə də zabit, gizir və əsgərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açaran polkovnik-leytnant Bəhruz Qasımov Dövlət Sərhəd Xidmətinin fəaliyyəti haqqında məlumat verib. O, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev çıxışında qeyd edib ki, Azərbaycan dünyada tolerant və multikultral ölkə kimi tanınır. Onun sözlərinə görə, bu gün Azərbaycandakı dini konfensiyaların hər biri fəaliyyətlərini sərbəst şəkildə həyata keçirə bilirlər.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

