Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2019

Ağstafada maarifləndirici tədbir keçirilib

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi  üzrə şöbəsi və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçlığı ilə “Mədəniyyətlərarası və dinlərarası dialoq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov və ictimaiyyət nümayəndələri  iştirak  ediblər.

Çıxışlarda Azərbaycanda tarixən formalaşmış multikultural mühitdən və bu gün Azərbaycan dövlətinin mədəniyyətlərarsı və dinlərarası dialoqu təşviq etməsindən danışılıb. Milli-dini tolerantlıq və multikultural ənənələrin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb. 

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.