Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.10.2016

Ağstafa rayonunda “Radikalizmin cəmiyyətə gətirdiyi bəlalar” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən ölkədə dini maarifləndirmə  və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə ayrılan vəsaitə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub Ağa məscidi dini icması “Tolerantlıq-radikalizmə alternativ kimi” layihəsi çərçivəsində “Radikalizmin cəmiyyətə gətirdiyi bəlalar” mövzusunda Dağ Kəsəmən kənd İlqar Salıfov adına 2 saylı tam orta məkəbin şagird və müəllimlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təranə Alməmmədova dini radikalizmə qarşı keçirilən bu tədbirlərin əhəmiyyətindən bəhs edib, gənclərin dini radikal qruplara qoşulmaması üçün maarifləndirmə tədbirlərinin vacib olduğunu deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev  çıxış edərək dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışıb.
Dağ Kəsəmən kənd Eyyub Ağa məscidi dini icmasının sədri Hüseyn Hüseynov İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.