Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.05.2015

Ağstafa rayonu ictimaiyyəti ilə görüş keçirilib

Mayın 14-də Ağstafa rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun  iştirakı ilə keçirilmiş növbəti toplantıda cari məsələlərlə yanaşı, dini radikalizmə qarşı keçirilən tədbirlər barədə müzakirələr aparılıb. Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və onun müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların, dini icmaların nümayəndələri, həmçinin, Komitənin Gəncə şəhəri və Tovuz-Ağstafa-Qazax bölgəsi üzrə şöbə müdirləri və məsul işçiləri də iştirak edib.
Tədbirdə çıxış edən RİH-nin başçısı Məhərrəm Quliyev ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələr, milli-mənəvi dəyərlərin cəmiyyətdə dolğun təşviqi və yaşadılması, eləcə də din sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində Ağstafa rayonunda görülən bir sıra işlər barədə məlumat vermişdir. Bu sahələrdə əldə olunan uğurlarla yanaşı meydana çıxan nöqsanların aradan qaldırılması üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə istiqamətində Komitə tərəfindən görülən işlərdən bəhs edib. Hər bir bölgədə, eləcə də Qərb rayonlarında dini icmalarla aparılan işi geniş təhlil edərək, radikal yönümlü cərəyanların daşyıcılarının bu bölgədə fəaliyyətinin qarşısının alınmasında rayon İcra hakimiyyətlərinin təcrübəsindən ətraflı danışıb. S.Heydərov dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq din xadimlərinin üzərinə düşən işləri xüsusi vurğulayıb.