25.08.2017
Ağdaşda maarifləndirici tədbir təşkil olunub
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş rayon Qəribli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində “Gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğatının artırılmasında dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri D.Məmmədov mövzu ilə bağlı məlumat verib. O, radikal ideya və fikir daşıyıcılarının xüsusilə gəncləri hədəfə almasının məqsədyönlü olduğunu vurğulayıb. Bunun qarşısının alınmasında milli-mənəvi dəyərlərimizin gənclərimizə aşılamağın vacibliyindən danışan D.Məmmədov dini icmaları, o cümlədən din xadimlərini bu istiqamətdə daha fəal olmağa çağırıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı R.İbrahimov dövlətimizin gənclərlə bağlı siyasətinin uğurlarından bəhs edib. O, gənclərimizə ölkəmizi dünyaya nümunə edən multikultural, tolerant və digər dəyərlərimizi öyrənib təbliğ etməyi tövsiyə edib.
Mövzu ilə bağlı çıxış edən Ağdaş rayon Qəribli kənd orta məktəbinin müəllimi Müzəddin Məhiyəddinov və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

.jpeg)
(1).jpeg)
