Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2021

Ağdaşda “İnsanların inanc azadlığına hörmət hüququ mənəvi borcumuzdur” mövzusu müzakirə olunub

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda "İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüququ mənəvi borcumuzdur” mövzusunda onlayn formatda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ağdaş rayon Gənclər və İdman idarəsinin və YAP Ağdaş rayon təşkilatının əməkdaşları, icma sədrləri, təhsil və mədəniyyət işçiləri habelə rayonun fəal gəncləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbənin əməkdaşı Asif Ədilov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitutiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikası insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulub. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi və görülən digər işlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir. Tarixən fərqli dini inancların yaşandığı ölkəmizdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq və islam dini kimi dinlər Azərbaycan ərazisində yayıla bilmişdir. İslam dininin coğrafiyamıza yayılmasından sonra da dini dözümlülük və fəqrli dini inanclar arası hörmət daha da artmışdır. Bu isə islam dininin sevgi və barış dini olması, başqalarının düşüncələrinə hörmətlə yaxınlaşmaq kimi ülvi dəyərlərin mövcudluğu ilə baş tutmuşdur. Daha sonra çıxış edən Ağdaş şəhər 3 saylı məktəbin müdir müavini Toğrul Abdullayev qeyd etmişdir ki, Azərbaycanda tarixən dinlərin və ayrı-ayrı mədəniyyətlərin, millətlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnoslar tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm kimi ali dəyərlər həmçinin İslam dəyərləri müstəsna rola malikdir.

Çıxış edən Ağdaş şəhər “Üçqovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli qeyd edib ki, Azərbaycanda dinə etiqad edən fərqli dini qruplar əsrlər boyu dini dözümlülük sərgiləmişlər. Məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modeli digər ölkə xalqlarına da nümunə olmuşdur. Çıxış edənlər DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Əlisa Fərəcov, Fərid Vaqifli, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı ölkəmizdə bütün dinlərin nümayəndələrinin inanc və azadlığına hörmət edildiyini qeyd ediblər.