Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.05.2016

Ağdaşda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Mayın 24-də Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayonun təhsil və mədəniyyət işçiləri, həmçinin dindarlar və gənclər iştirak ediblər.  
Tədbirdə ilk öncə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun  18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması və buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan hüquqları aylığı”nın keçirilməsi, eyni zamanda əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib, eyni zamanda ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın respublika ərazisində uğurla icra edildiyini konkret misallarla diqqətə çatdırıb.
Tədbirdə Bakı İslam Universitetinin Zaqatala filialının müəllimi-ilahiyyatçı Kamran Məmmədov da çıxış edərək respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsində ombudsman institutunun rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, həmçinin ölkə ərazisində bu sahədə silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, bunun dövlətimizin insan hüquq və azadlıqlarının müdafiəsinə həssaslıqla yanaşmasının göstəricisi olduğunu qeyd edib.