Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2017

Ağdaşda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir baş tutub

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda Ağdaş rayon Peşə məktəbində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşı Tural Ələkbərov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş rayon “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov,  eləcə də məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Peşə məktəbinin direktoru Alcan Nəsibov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev isə Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib. O, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə də iştirakçılara ətraflı məlumat verib.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev və  Ağdaş rayon “Hacı İsmayıl” məscidi dini icmasının sədri Əli Məmmədov mövzu ilə bağlı çıxış ediblər. Qeyd ediblər ki, ölkəmizdə həm tolerant və multikultural mühitin formalaşdırılması, həm də İslam həmrəyliyi istiqamətində görülən işlər dünyaya bir ismarıcdır.
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib.