Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2016

Ağdaşda “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Mayın 20–də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Ağdaş şəhərində “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda  maarifləndirici tədbir keçirilib.
Ağdaş şəhər “Üç qovaq” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Şahin Rəhimli, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Qalib Həsənov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.          
Tədbiri giriş sözü ilə açan Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli mövzu ilə bağlı çıxış edərək İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. 
Daha sonra çıxış edən Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Kamran Məmmədov İslam dünyasında dini ekstremizm və radikalizmin yaranması və yayılma xüsusiyyətləri barədə öz fikirlərini bildirib. 
Tədbirdə, həmçinin Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, Ağdaş rayonu “Qarabağ Veteranları Şurası”nın sədri İlham Beydullayev, şair-tədqiqatçı Abid Usubov, Ağdaş rayonunda din xadimi kimi fəaliyyət göstərən Elşən Həşimov, Əvəz Quliyev, Vasib Əhmədov, Firqət Alxasov, Mirxalid Yunusov, Həsən Hacıyev, Rəsul Həmidov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər, Ağdaş rayonu üzrə dini sahədəki durum, dini ekstremizmin fəsadlarından, İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranma səbəbləri və dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsullarından bəhs ediblər.