Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2017

Ağdaşda “Azərbaycanda tolerantlıq: tarixi və müasirlik” mövzusu müzakirə olunub

Avqustun 31-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon Aşağı Nemətabad məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində Aşağı Nemətabad kənd orta məktəbində “Azərbaycanda tolerantlıq: tarixi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdaş rayon  Aşağı Nemətabad məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, Ağdaş rayon Aşağı Nemətabad kənd icra nümayəndəsinin müavini Tutu Qasımova,  din xadimləri, dindarlar, kənd sakinləri  və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon Aşağı Nemətabad məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov çıxışında dövlət tərəfindən dini icmalara yaradılan bərabər şəraitdən bəhs edib, xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğatının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Azərbaycan tarixinin heç bir dövründə dini baxımdan qarşıdurmanın baş vermədiyini, ölkəmizdə mövcud olan bütün dinlərin nümayəndələrinin dini inanclarına qarşılıqlı hörmət mühitinin olduğunu bildirib. Rahib İbrahimov həmçinin, cənab prezident İlham Əliyevin xalqımızın tolerant dəyərlərinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Daha sonra mövzu ilə bağlı Ağdaş rayon Aşağı Nemətabad kənd icra nümayəndəsinin müavini Tutu Qasımova qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nəticəsində dünya ictimaiyyəti ölkəmizdə mövcud tolerant, multikultural və həmrəyllik dəyərlərinin əyani şahidi olub.