Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2017

Ağdaşda “Ailənin dində və cəmiyyətdə yeri” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon  Aşağı Nemətabad məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində “Ailənin dində və cəmiyyətdə yeri”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Aşağı Nemətabad kənd orta məktəbində Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Aşağı Nemətabad kənd məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tutu Qasımova, orta məktəbin direktoru Gülnarə Kazımova, eləcə də məktəbin müəllim, şagird heyəti, din xadimləri və gənclər iştrak ediblər.
Məktəbin direktoru Gülnarə Kazımova çıxışında dini maarifləndirmə tədbirlərinin gənclərin radikal təsirlərdən qorunmasında və milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynadığını bildirib.  
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlətin din siyasətindən, dinə qayğısından bəhs edib, radikalizmi təbliğ edən qeyri-ənənəvi dini cərəyanlar və radikal şəxslərin xalqımızın milli-mənəvi dəyərlərinə, xüsusən də ailə dəyərlərinə zərbə vurmaq cəhdləri  barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, hər bir vətəndaş zəngin dəyərlərimizin qorunması istiqamətində fəal  iştirak etməlidir.
Mövzu ilə bağlı çıxış edən şöbə əməkdaşı Rahib İbrahimov radikal dini cərəyanlar və təriqətlər barədə məlumat verib, gəncləri radikal qrupların təsirlərindən qorumağın yolları barədə danışıb.
Daha sonra mövzu ilə bağlı Qobuüstü məscidinin dini ayinlər icraçısı Nurməhəmməd Məmmədov və Ağdaş RİH başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tutu Qasımova çıxış ediblər.
Çıxış edən natiqlər İslam dininin təbliğ etdiyi dəyərlərin xalqımızın malik olduğu dəyərlərlə uzlaşması nəticəsində ölkəmizdə dünyaya nümunə olacaq mühit formalaşmasının təqdirəlayiq hal olduğunu bildiriblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.