Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2017

Ağdamda dini maarifləndirmə tədbiri keçirilib

Avqustun 7-də Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və şöbənin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov, icma üzvləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri B. Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev “İslam həmrəyliyinin mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, İslam həmrəyliyi fərqli irqlərə, dinlərə, məzhəb və mədəniyyətlərə mənsub bütün insanları bir araya gətirmək baxımından əhəmiyyətə malikdir.
Tədbirdə, eyni zamanda, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam RİH başçısının qəsəbə üzrə nümayəndəsi Valeh Abdullayev və digərləri çıxış ediblər.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.