Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.12.2015

Ağdam rayonunda “Qəhrəmanlar unudulmur!” layihəsi çərçivəsində tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dekabrın 11-də Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasında “Qəhrəmanlar unudulmur!” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Xındırıstan kənd dini icmasının sədri Barat Bağırov, Xındırıstan kənd icra nümayəndəsinin müavini  Rizvan Məmmədov, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov layihənin keçirilməsinin məqsədindən danışaraq bildirib ki, bu cür layihələr gənclərin milli ruhda böyüməsinə kömək edir.
DQİDK-nın  Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov  tədbirdə geniş məruzə ilə çıxış edib. Azərbaycan xalqının qəhrəmanlıq tarixi barədə danışan Əlizadə Nəcəfov daha sonra ölkədəki dini durumun vəziyyəti barədə məlumat verib.
Daha sonra icma üzvü Şəfaət Əliyev çıxış edərək, dövlətin dinə qayğısından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.