02.03.2016
Ağdam rayonunda “Qəhrəmanlar unudulmur!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Martın 2-də Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının “Qəhrəmanlar unudulmur!” layihəsi çərçivəsində Ağdam rayon Zəngişalı kənd məscidində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Ağdam RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Zəngişalı kənd bələdiyyəsinin sədri Şahmalı Qəhrəmanov, şəhid ailələri, icma üzvləri, dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub.Barat Bağırov, həmçinin rayondakı dini durum barədə iştirakçılarını məlumatlandırıb.
Ağdam Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini, dini qurumlarla iş üzrə təşkilatçı Mehman Mustafayev Azərbaycanın Milli Qəhrəmanlarından və şəhidləri, onların şərəfli həyat yolları barədə danışıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov Azərbaycan xalqının qəhrəmanlıq tarixi barədə danışaraq, dövlətin dinə, xüsusən də şəhid ailələrinə qayğısından bəhs edib.