Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

Ağdam Musiqi Kollecində “Şəhadət” filmi nümayiş etdirilib

Oktyabrın 23-də Ağdam Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Ağdam Musiqi Kollecində nümayiş etdirilib.
Tədbirdə Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, kollecin rəhbərliyi, müəllim və tələbələri, ziyalılar və din xadimləri iştirak ediblər.
Tədbirdə  çıxış edən Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş bu film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilmiş sayca ikinci filmdir. Film gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına və xatirəsinə həsr olunub.
Daha sonra film nümayiş etdirilib.