21.09.2016
Ağcabədidə zərərli dini təriqətlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 21-də Ağcabədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Ağcabədi Pedaqoji Kollecində baş tutan tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi şöbəsinin rəisi Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov dini təriqətlərin yaranması, təbliğat metodları, məqsədləri, mübarizə üsulları haqqında geniş məlumat verib.
Məruzə ətrafında çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov dini radikalizmə qarşı mübarizədə dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusilə vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
(28).jpg)
.jpg)