Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.09.2017

Ağcabədidə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Sentyabrın 14-də Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cabir Əvəzzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov bildirib ki, Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq ölkəmizdə 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox tədbirlər təşkil olunur.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Cabir Əvəzzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə və Laçın rayon 23 saylı tam orta məktəbin direktoru Sədaqət Məhərrəmovanın mövzu ilə bağlı çıxışları dinlənilib.