Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2017

Ağcabədidə “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağcabədi şəhər “Cümə” məscidi dini icması tərəfindən “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayev ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən danışıb. Daha sonra çıxış edən Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev “Multikulturalizm ili” və “İslam Həmrəyliyi İli” ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər  barədə məlumat verib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə isə “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda məruzə edib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.