02.07.2016
Ağcabədidə “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib
İyulun 1-də Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Təranə Məmmədova, kitabxananın işçiləri və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Təranə Məmmədova bildirib ki, bu tədbir cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dini icmalara maariflənləndirmə işinin genişləndirilməsi məqsədilə ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. O, öz çıxışında İslamda ailə dəyərləri haqqında məlumat verib. Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev İslamda ailə dəyərləri və Azərbaycan xalqının müasir ailələrində bu dəyərlərə hörmətlə yanaşıldığından bəhs edib. Mövzu ətrafında Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxış ediblər.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırıb.