Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2016

Ağcabədidə “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib

İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağcabədi rayon 8 saylı tam orta məktəbdə Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icmasının sədri, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, Ağcabədi rayonu “Cümə” məscidinin axundu və şəhər dini icmasının sədri, Ağcabədi rayon 8 saylı tam orta məktəbin direktoru, məktəbin müəllim və şagirdləri, icma üzvləri iştirak ediblər.
Tədbiri Ağcabədi rayon 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov açaraq “İslamda ailə dəyərləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Ağcabədi rayon Seyid Mürsəl Ağa məscidi dini icmasının sədri Zeynəb Quliyeva,  Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu “Cümə” məscidinin axundu və şəhər dini icmasının sədri Mərdan Rzayev, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Gündüz Qəmbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov mövzu ətrafında çıxış edərək öz fikirlərini söyləyiblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.