Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.06.2016

Ağcabədidə “İslamda ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icması tərəfindən Ağcabədi rayonu 1 saylı tam orta məktəbdə “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi rayon 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Mehman Novruzov, Ağcabədi rayon Gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qəmbərov, orta məktəb müəllimləri və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin  Sərəncamına əsasən dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub.
Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva çıxışında İslamda ailə, Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında geniş məlumat verərək, onlardan nümunələr gətirib. İcma sədri vurğulayıb ki, ailə insanlığın ən qədim olduğu qədər ən əsas bir qurumudur. Çünki insan yaradılış baxımından tək başına yaşamağa deyil, bir ailə içində yaşamağa meyillidir.
Mövzu ilə bağlı Ağcabədi rayon Gənclər və idman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov,1 saylı məktəbin müəllimləri-Dilarə Cabbarova, Dünyaxanım Həmzəyeva və Validə Nuriyeva da çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.