Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2019

Ağcabədidə “Dövlət-din münasibətlərinin tənzimlənməsi: müasir vəziyyət və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Aprelin 30-da Ağcabədi Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə “Tədbirlər Planı”na əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında“Dövlət-din münasibətlərinin tənzimlənməsi: müasir vəziyyət və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Fərhad Süleymanov, Ağcabədi rayon polis şöbəsinin rəisi müavini Şöhrət Kərimov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və ADPU-nin Ağcabədi filialının direktoru Mətanət Fərzalıyeva məruzələrlə çıxış ediblər.

Çıxışlar zamanı əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi və müasir vəziyyəti dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarına maarifləndirici kitablar paylanılıb.