Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2017

Ağcabədidə dövlət-din münasibətlərinə həsr olunmuş seminar-treninq keçirilib

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda dövlət-din münasibətlərinə həsr olunmuş seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, dini komissiyanın sədri Rövşən Əhmədov, Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, RİH başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Aqil Əliyev, dini icma sədrləri və rayon dindarları iştirak ediblər.
Tədbirdə çıxış edən Ağcabədi RİH başçısının birinci müavini, dini komissiyanın sədri Rövşən Əhmədov bildirib ki, son illər Ağcabədi rayonunda dövlət-din məsələlərinin tənzimlənməsi və dini durumun sabit saxlanılması istiqamətində mühüm işlər görülüb. Natiq onu da qeyd edib ki, rayonda fəaliyyət göstərən dini icma rəhbərləri və din xadimləri ilə əlaqələrin daha da möhkəmləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir. 
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxışında bildirib ki, dövlət-din münasibətlərinin tənzimlənməsi üçün qanunvericilikdən irəli gələn vəzifələrin icrası vaxtında təmin olunmalıdır. O, radikalizmə qarşı əhalinin maarifləndirilməsində Dövlət Komitəsinin sifarişilə çəkilmiş “Fitnə” və “Şəhadət” filmlərinin əhəmiyyətini vurğulayıb.
Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi dini radikalizm və ekstremizmə qarşı mübarizə, dindarların dini savadlarının artırılması, dini maarifləndirmənin daha da genişləndirilməsi istiqamətində vacib olan məsələləri davamlı olaraq icra edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.