20.06.2017
Ağcabədidə “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusu müzakirə olunub
İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Hindarx qəsəbəsi 2 saylı tam orta məktəbində “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dövlət Komitəsinin əməkdaşları Vüqar İmamquliyev, Vüqar Hümbətov, eləcə də müəllimlər, yuxarı sinif şagirdləri və İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış edərək, rayonda “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Daha sonra çıxış edən DQİDK-nın şöbə müdiri Əliheydər Zülfüqarov ölkəmizdə radikalizmə qarşı ciddi mübarizənin aparıldığını bildirib. Natiq qanunvericilikdə dini ekstremizmə qarşı mübarizə ilə bağlı bir sıra dəyişikliklər edildiyini də diqqətə çatdırıb. Ə. Zülfüqarovun sözlərinə görə, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Bu baxımdan dini radikalizmlə mübarizədə ilk növbədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
Tədbirdə çıxış edən digər natiqlər mövzunun əhəmiyyətindən danışıblar.
(190).jpg)
(32).jpg)
.jpg)
(141).jpg)