Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2018

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

Aprelin 20-də Ağcabədi Rayon Polis Şöbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi rayonun hüquq-mühafizə orqanlarının şəxsi heyəti ilə birlikdə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, kapitan Fərhad Süleymanov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki M.İbrahimov mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.
Daha sonra çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov İslam dini və onun fəlsəfəsindən bəhs edib. S.Səmədov zərərli dini təriqətlərin yaranması, inkişafı və müasir vəziyyəti barədə də geniş məlumat verib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov isə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə mövzu ilə bağlı çıxış edən digər natiqlər zərərli dini cərəyanlara qarşı aparılan mübarizə metodlarından danışıblar.