Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2016

Ağcabədidə dini radikalizmə qarşı mübarizə tədbiri keçirilib

Sentyabrın 20-də Ağcabədi şəhər 3 saylı tam orta məktəbində Ağcabədi rayon prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Vəhhabilik və digər zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda tədbir baş tutub.
Tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi  şöbəsinin rəisi Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, əməkdaşları Vüqar Kərimov, Pərviz Eyvazov, Cavid Məlikzadə, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova, 3 saylı tam orta məktəbin direktoru Həcər Əliyeva, Ağcabədi şəhər məktəblərinin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbir çıxış edən rayon prokuroru Salman Səmədov zərərli dini təriqətlər -vəhhabilik, nurçuluq və digər belə dini cərəyanların yaranması, təbliğat metodları, məqsədləri haqqında geniş məlumat verib.
Digər məruzəçi DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxışında  dini radikalizmə qarşı mübarizədə  maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. 
Sonda iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.