Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017

Ağcabədidə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağcabədi şəhər “Cümə” məscidi dini icması tərəfindən iyulun 11-də Ağcabədi rayon Təhsil şöbəsində “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, şəhər məktəblərinin direktorları, icma üzvləri, təhsil işçiləri və müəllimlər iştirak ediblər.
Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri  Mərdan Rzayev tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışıb.
Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda məruzə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova və başqaları çıxışlarında mövzunun əhəmiyyətinə toxunublar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.