Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2017

Ağcabədi rayonunda maarifləndirici tədbir keçirilib

Mayın 16-da Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidində “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının əməkdaşı Vüqar İmamquliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, kənd ağsaqqalları, icma üzvləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov açaraq mövzu barədə fikirlərini bölüşüb. Daha sonra DQİDK-nın Mərkəzi Aparatının əməkdaşı Vüqar İmamquliyev çıxış edərək “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda məruzə edib.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Soltanov və digərləri çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.