Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.07.2016

Ağcabədi rayonunda “İslamda ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

İyulun 27-də “Seyid Mürsəl Ağa məscidi” dini icması tərəfindən Ağcabədi rayon Təhsil şöbəsində  “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Ağcabədi rayon “Seyid Mürsəl Ağa məscidi” dini icmasının sədri Zeynəb Quliyeva çıxış edərək tədbirin əhəmiyyəti barədə geniş məlumat verib. O çıxışında İslam dinində ailə dəyərlərinə böyük önəm verildiyini qeyd edib.Tədbirdə həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı, rayon təhsil şöbəsinin metodisti Əli Əhmədov və 9 saylı məktəbin müəllimi Tarıyel Abbasov çıxış ediblər. Natiqlər dini icmalara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, tədbir Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncama əsasın keçirilib.