21.07.2016
Ağcabədi rayonunda “İslamda ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhəri “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayev, Mərkəzi rayon xəstəxanasının baş həkimi Novruz Abbasov və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirib ki, bu tədbir cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən maariflənləndirmə işinin genişləndirilməsi məqsədilə dini icmalara ayrılmış maliyyə yardımı hesabına təşkil olunub. O, öz çıxışında İslamda ailə dəyərləri haqqında geniş məlumat verib.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev İslamda ailə dəyərləri və Azərbaycan xalqının müasir ailələrində bu dəyərlərə hörmətlə yanaşıldığından bəhs edib.
Mövzu ətrafında Mərkəzi rayon xəstəxanasının baş həkimi Novruz Abbasov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov çıxış ediblər.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırıb.