Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2018

Ağcabədi Pedaqoji Kollecində “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda seminar-treninq keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 27-də Ağcabədi Pedaqoji Kollecində “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimov, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, RİH yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Axundov, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə narkomaniya və digər zərərli vərdişlərin yaratdığı fəsadlardan danışılıb. Tələbələrə belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə tövsiyələr verilib. Ölkədə narkomaniya və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunub. Müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülüb.
Tədbir iştirakçılarına Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” jurnalı, “Narkomaniyaya yox deyək” və “Ağ ölümdən gənclərimizi qoruyaq” adlı kitabçalar paylanılıb.