Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.06.2016

Abşeronda və Xızıda maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonunun Məhəmmədi kəndində “Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Məhəmmədi kənd məscidi dini icmasının sədri, məscidin axundu Fərzəli Şərifov layihə çərçivəsində çıxış edərək, belə tədbirlərin milli-mənəvi dəyərlərimizin qorunması, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.Digər çıxış edən natiqlər də Azərbaycan multikulturalizminin dünyaya bir nümunə olduğunu qeyd ediblər. Tədbirin sonunda Qurani-Kərimdən hədislər oxunub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
                                                                                                  ***
Xızı  rayonu Giləzi qəsəbəsi “İmam Hüseyn” məscidində icmanın “İslam narkomaniya  və digər  zərərli vərdişlərdən uzaq  olmağa çağırır”  adlı  layihəsi  çərçivəsində  növbəti  tədbir  keçirilib.Tədbiri  giriş  sözü ilə açan  dini icmanın sədri Vaqif  Quliyev sözügedən layihə  əsasında keçirilən tədbirlər haqqında məlumat verib.Sonra  çıxış edən DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi  Məmmədov bildirib ki, cəmiyyətin  mənəvi ve əxlaqi dəyərlərinə böyük zərbə vuran və cəmiyyətin ən ağrılı problemlərdən biri olan narkomaniya  gələcək nəslin sağlamlığı üçün, cəmiyyət  və  dövlət  üçün çox böyük təhlükədir.Tədbirdə iştirak edən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi “Bəyverdi” məscidinin axundu, ilahiyyatçı Taleh Sadıqov İslamda insan amili, əxlaq və nəfs haqqında dini-fəlsəfi düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.