Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2016

Abşeronda “Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq!” mövzusunda tədbir keçirilib

Mayın 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonunun Məhəmmədi kəndində “Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.Tədbirdə çıxış edən Məhəmmədi kənd məscidi dini icmasının sədri, məscidin axundu Fərzəli Şərifov reallaşdırılan bu cür layihələrin əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra layihə çərçivəsində “Radikalizmin fəsadları” mövzusunda danışaraq ənənəvi İslam və sonradan dinə gətirilən əlavələr haqqında söhbət açıb. O, yaranmış qeyri-ənənəvi qrupların İslama hansı zərbələr gətirdiyini diqqətə çatdırıb. İcma sədri, həmçinin gənclərin müxtəlif vasitələrlə  belə cərəyanlara cəlb edildiyini vurğulayıb. Qeyd edib ki, radikalizmə qarşı mübarizədə maarifləndirmənin önəmini vurğulayıb. Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.