Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2016

Abşeronda “Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq!” layihəsi uğurla icra olunur

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha gücləndirmək məqsədilə ölkədə keçirilən tədbirlər davam etdirilir.
Mayın 27-də Abşeron rayonunun Məhəmmədi kənd orta məktəbində “Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Məhəmmədi kənd məscidi dini icmasının sədri, məscidin axundu Fərzəli Şərifov çıxış edərək, belə tədbirlərin milli-mənəvi dəyərlərimizin qorunması, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov layihə çərçivəsində “Dini və dünyəvi maarifləndirmə radikalizmə qarşı” mövzusunda danışıb. O, bildirib ki, 1990-ci illərdə maarifləndirmə işləri zəif olduğundan bəzi qüvvələr bundan istifadə edib müəyyən təbliğat işləri aparıblar. Hazırda isə onların Azərbaycanın ictimai-siyasi həyatına təsirləri çox məhdud səviyyədədir. İsmayıl Cəfərov, həmçinin dini radikalizmin Yaxın Şərqdə hansı nəticələrə səbəb olduğunu xatırladıb. O, radikalizmə qarşı mübarizədə ən başlıca yolun maarifləndirmə olduğunu iştirkaçıların nəzərinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.