06.03.2015
Abşeron və Qobustan rayonları polis orqanlarında görüş keçirilib
Martın 6-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Daxili İşlər Nazirliyinin Abşeron və Qobustan polis orqanlarının şəxsi heyəti ilə görüşüb.
Görüşdə sədr müavini Səyavuş Heydərov Azərbaycandakı mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər, ölkəmizdə radikalizm meyllərinin yaranması və bununla əlaqədar mövcud tendensiyalar, bu meyllərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Görüşdə, həmçinin, radikalizmə meyilli şəxslərin fəaliyyət istiqamətləri, həvəsləndirici vasitələr və dini ekstremizmə qarşı keçirilən maarifləndirmə və koordinasiya işinin təşkili üzrə kompleks tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır.