10.06.2016
Abşeron və Göyçay rayonlarında “Fitnə” sənədli filmi nümayiş olunub
İyunun 9-da Abşeron Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri Heydər Əliyev mərkəzində “Fitnə” sənədli filminin nümayişi olub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov, rayonun pedaqoji kollektivi, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov filmdə radikalizmin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin öz əksini tapdığını qeyd edib.
Daha sonra çıxış edən şöbənin əməkdaşı İsmayıl Cəfərov DQİDK-nın sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmininin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin və dini radikalizmin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, bu sahədə mütəmadi şəkildə aparılan maarifləndirmə tədbirlərinin bir hissəsi olan bu film təsir baxımından daha effektiv bir vasitədir.
Çıxış edən digər natiqlər filmin müasir cəmiyyətimiz üçün təbliğat vasitəsi kimi zəruri olduğunu vurğulayıblar.
Daha sonra film nümayiş olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
***
İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə DQİDK-nın sifarişi ilə hazırlanan “Fitnə” filminin ictimaiyyətə nümayişi həyata keçirilib. Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Raxşəndə Rəcəbova, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
.jpg)




