Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.02.2017

Abşeron Telefon Kommunikasiya Qovşağında “Fitnə” sənədli filminin nümayişi olub

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom MMC” Abşeron Telefon Kommunikasiya Qovşağında “Fitnə” sənədli filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, Abşeron TKQ-nin rəhbərliyi və kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Abşeron TKQ-nin rəisi Tofiq Cəlalov “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, radikal dini qruplara qarşı ayıq mövqedə olması,  ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, qeyd edib ki, belə maarifləndirici filmlər gənclərin zərərli dini qrupların təsirinə düşməməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov film barəsində ətraflı məlumat verib. O deyib ki, müasir dövrümüzdə cəmiyyətin əsas bəlalarından biri dini radikalizmdir. Dövlət bu problemə qarşı məqsədyönlü şəkildə mübarizə aparır. “Fitnə” sənədli filminin ərsəyə gətirilməsi də bu mübarizənin tərkib hissələrindən biridir.
Film nümayiş etdirildikdən sonra müzakirələr aparılıb.