Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2018

Abşeron rayonundakı "N" saylı hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Fevralın 23-də Abşeron rayonundakı "N" saylı hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, "N" saylı hərbi hissə komandirinin Təlim-tərbiyə işləri üzrə müavini Mehman Kərimov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib. 
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə şəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
N saylı hərbi hissə komandirinin Təlim-tərbiyə işləri üzrə müavini Mehman Kərimov çıxış edərək sənədli filmin əhəmiyyətinə toxunub. Gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən qorumağın, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib. 
DQİDK sədrinin müavini Səyavuş Heydərov “Şəhadət” filminin süjet xəttində göstərilən, Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizdən və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanların acı taleyi haqqında çıxış edib. S. Heydərov gənclərin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.
Tədbirin sonunda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.