Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2016

7 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 7 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov və 7 saylı cəzaçəkmə müəssisənin rəsi müavini, ədliyyə mayoru İlkin Rəhimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavini, ədliyyə mayoru İlkin Rəhimov dini radikalizmlə bağlı məhkumların məlumatlandırılmasının əhəmiyyətinə toxunaraq bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Lakin hazırda ölkəmizdə dini maarifləndirmə işi ən yüksək səviyyədə aparılmaqdadır. Bununla yanaşı, tədbirdə qarşıdan gələn Ramazan ayı ilə əlaqədar məhkumları maraqlandıran suallar çərçivəsində fikir mübadiləsi aparılıb.
Yekunda müəssisədə məhkumlar üçün ayrılmış ibadət otağına baxış keçirilib.