26.12.2017
62 nömrəli məktəb-liseydə “Milli-mənəvi dəyərlər və İslam” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 26-da Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseydə maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və İslam” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Mətanət Cabbarlı və müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq həmrəyliyin həm dini, həm də milli-mənəvi dəyər olduğunu vurğulayıb.
Tədbiri giriş sözü ilə açan 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq həmrəyliyin həm dini, həm də milli-mənəvi dəyər olduğunu vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edib. A.Məlikov İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam və əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işindən bəhs edib. Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini qeyd edib. Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhman Hüseynov “Şəhadət” sənədli filminin gənclərin, xüsusilə də məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacağını bildirib.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.