31.03.2018
31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilib
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonu Kijəbə qəsəbə məscidində 1918-ci il 31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Kijəbə qəsəbəsinin bələdiyyə sədri Ağadadaş Qənbərov, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Lənkəran bölgə şöbəsinin əməkdaşı Turan Həsənzadə 1918-ci il 31 Mart Soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib.
Daha sonra çıxış edən Kijəbə qəsəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov və digərləri 31 Mart Soyqırımının xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğunu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən müsəlman-türk əhaliyə qarşı həyata keçirilən soyqırım zamanı minlərlə insanın həlak olduğunu qeyd ediblər.