Şriftin ölçüsü:

Saytın rəngi:

11.06.2015

2015-ci il üçün Ramazan ayının təqvimi

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının iyunun 4-də verdiyi fətvaya əsasən bu il Azərbaycanda miladi təqvimlə 18 iyun Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.