19.01.2018
20 Yanvar şəhidləri Lənkəranda anılıb
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran rayonu Daşdatük kənd ümumi orta məktəbində “Milli-mənəvi dəyərlərimiz və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev, Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev, müəllim və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Daşdatük kənd ümumi orta məktəbinin direktoru Sarvan Babayev çıxışında 20 Yanvar hadisələri barədə məlumat verərək, bu hadisənin xalqımızın tarixində şərəfli bir səhifə təşkil etdiyini bildirib. S.Babayev Azərbaycan gəncliyinin dövlətinə, müstəqilliyinə sadiq gənclər kimi mənəvi-psixoloji və hərbi hazırlıq səviyyəsinin yüksək olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Vətənin, ölkənin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların hər birimizin qəlbində əbədi yerinin olduğunu, onların qəhrəmanlığının hər bir Azərbaycan gənci üçün nümunə olduğunu vurğulayıb. E.Həmidli, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin təbliğ olunmasıdır.
Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev və digərləri çıxışlarında həyata keçirilən maarifləndirmə tədbirlərinin gənclərin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.