Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən dini maarifləndirmə mövzusunda növbəti tədbir fevralı 12-də 2 saylı cəzaçəkmə müəssisəsində keçirilib.“Cəmiyyətdə dini dəyərlərin rolu” mövzusunda keçirilən tədbirdə Xəzər Universitetinin müəllimi, ilahiyyatçı Elmin Əliyevin mühazirəsi məhkumlar tərəfindən maraqla qarşılanıb və ona ünvanlanan çoxsaylı suallar ətraflı cavablandırılıb.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsləhətçisi Mahir Qəniyev və Penitensiar xidmətin Baş idarəsinin psixoloqu, ədliyyə mayoru Yaşar Şəkiyev tədbirdə iştirak ediblər.