Şriftin ölçüsü:

Saytın rəngi:

24.07.2013

11 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edildi (Siyahı+Fotolar)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qeydiyyatından keçmiş icmalara şəhadətnamələr təqdim edib. Təqdimetmə Dövlət Komitəsi tərəfindən Respublikanın Respublikasının müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” layihəsinin təqdimatı zamanı baş tutub. Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub. Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. Tədbir ənənəvi iftar süfrəsi arxasında davam edib.

1. Göyçay şəhəri, “Əbülfəzlil Abbas” məscidi dini icması
Sədr: Rəsul Kazımov

2. Quba rayonu, Yuxarı-Tüləkəran kənd məscidi dini icması
Sədr: Teyyub Fərhadov

3. Ucar rayonu, Qazyan kəndi “Savab” məscidi dini icması
Sədr: Əli Həsənov

4. Lerik rayonu, Soru kənd məscidi dini icması
Sədr: Əliənnağı Əliyev

5. Sabirabad rayonu, Surra kənd məscidi dini icması
Sədr: Mirəziz Səmədov

6. Masallı rayonu, Səmidxan kənd məscidi dini icması
Sədr: Xəyal Şalıyev

7. Şəki rayonu, Vərəzət kənd məscidi dini icması
Sədr: Araz Həsənov

8. Salyan rayonu, Qızılağac kənd məscidi dini icması
Sədr: Yusif Dadaşov

9. Lənkaran rayonu, Havzava kənd məscidi dini icması
Sədr: İltifat Həsənov

10. İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Cümə” məscidi dini icması
Sədr: Əlisoltan Quliyev

11. Salyan rayonu, Sarvan kənd məscidi dini icması
Sədr: Natiq Qaraşov