Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.06.2026

Safi Arpaquş: “Türk dünyasının ən böyük gücü həmrəyliyi və ortaq dəyərləridir”

"Müasir dünyanın geosiyasi, sosial və ideoloji çağırışları qarşısında türk dünyasının ən böyük gücü həmrəyliyi, ortaq dəyərləri və birgə fəaliyyətidir". Bunu Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türk dünyasının gələcəyinin etibarlı şəkildə təmin olunması üçün gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir bilik və bacarıqlara malik fərdlər kimi yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ortaq tarix və kimlik şüurunun gücləndirilməsi türk dövlətləri arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edən əsas amillərdəndir.

Safi Arpaquş vurğulayıb ki, qlobal çağırışların artdığı indiki dövrdə ortaq dəyərlər əsasında əməkdaşlığın genişləndirilməsi, dini-mənəvi irsin qorunması və gənc nəslin sağlam mənəvi prinsiplər əsasında formalaşdırılması Türk dünyasının davamlı inkişafı və gələcək həmrəyliyinin təmin olunması baxımından prioritet istiqamətlərdəndir.