Qarslı din xadimi: “Qarabağda gördüklərimi cəmiyyətimizə çatdıracağam”
“Qarsdan gəlmişəm. Qarsın Akyaka rayonunun Esenyayla kəndində fəaliyyət göstərirəm. Bu, Azərbaycana ilk səfərimdir”.
Bu sözləri Türkiyədən gələn din xadimi Yüksel Utar söyləyib.
O qeyd edib ki, Azərbaycana gəlməyi uzun illərdir arzulayır: "Azərbaycana gəlib burada olan mühüm tarixi məkanları, muzeyləri, məscidləri, ibadət yerlərini və ziyarətgahları görmək, ziyarət etmək istəyirdim. Rəbbim bu günləri bizə nəsib etdi. Vaxtilə Ermənistanın işğalında olmuş torpaqları gedib görmək, onların törətdikləri zülmün və qətliamların izlərini öz gözlərimizlə müşahidə etmək və bu həqiqətləri öz ölkəmizdə, öz cəmiyyətimizə çatdırmaq fürsətimiz olacaq. Buradan qayıtdıqdan sonra yaşadıqlarımızı, gördüyümüz gözəllikləri və əldə etdiyimiz təəssüratları öz cəmiyyətimizlə bölüşəcəyik".
AZƏRTAC