Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.09.2021 / Xəbərlər

"Zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda tədbir keçirilib

Sentyabrın 22-də  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Qaraman kənd “Hacı Rəhim” məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda maarifləndirici tədbir keçirilib.

Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, Göyçay rayon Qaraman kənd “Hacı Rəhim” məscidi din icmasının sədri Zöhrab İsmayılov, kənd bələdiyyəsinin sədri Könül Bəkirov, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları,  dini icma üzvləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər haqqında ətraflı məlumat verilib, keçirilən bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbirdən sonra 44 günlük Vətən müharibəsində şanlı tarix yazan Göyçay rayon Qaraman kənd şəhidi Xəyal Həsənovun məzarı və adına inşa olunan bulaq ziyarət olunub.